AZ

Helsinkidə Xocalı soyqırımı ilə əlaqədar xatirə guşəsi yaradılıb FOTOLAR

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Helsinki Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə xatirə guşəsi təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, guşədə Xocalı faciəsini əks etdirən fotoşəkillər, kitablar və məlumat materialları nümayiş etdirilir.

Yaradılmış guşəni soydaşlarımızla yanaşı, şəhər sakinləri, eləcə də əcnəbi qonaqlar ziyarət ediblər.

Guşənin yaradılmasında məqsəd Xocalı soyqırımı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması, faciənin unudulmaması və gələcək nəsillərin tarixi yaddaşının qorunmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
bakivaxti.az

4Mənbələr