AZ

Vaşinqton, Nyu York və Bostonda Xocalı soyqırımı ilə bağlı aksiya Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin paytaxtı Vaşinqtonda, eləcə də Nyu-York və Boston şəhərlərində Xocalı soyqırımı ilə bağlı genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayiş olunduğu LED ekranlı avtomobillər şəhərlərin mərkəzi küçələrində hərəkət edib.

Maşınlar əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. 

Avtomobillər Kapitoli binası (ABŞ Konqresinin binası), Ağ Ev (ABŞ Prezidentinin iqamətgahı), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Pentaqon (ABŞ Müdafiə Nazirliyinin qərargahı) və digər dövlət əhəmiyyətli obyektlərin önündən keçərək yerli ictimaiyyətin diqqətini 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsinə yönəldib.

Həmçinin Nyu Yorkda Tayms meydanından, BMT-nin Baş Qərargah binası önündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıq heykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək “Nyu York Tayms” (“The New York Times”) nəşrinin binasının qarşısında dayanıb. 

LED ekranlı maşınlarda Boston Şəhər İdarəsinin və Massaçusetts ştatının Qubernator Evinin qarşısından keçərək Copley meydanında hərəkət edib. Xocalı ilə bağlı tarixi həqiqətləri geniş ictimaiyyətə çatdırmaq üçün avtomobillər şəhərin mərkəzi küçələri – Boylston, Tremont, Vaşinqton və Bikon istiqamətlərində də yürüş ediblər.

LED ekranlarda “Xatırla, hörmət et, düşün - Xocalı 1992”, “34 il sonra, biz hər bir ruhu xatırlayırıq”, “Xocalı 1992 faciəsi - dünya bunu unutmamalıdır”, “Xocalı - onların cəsarəti və ağrısı bizimlədir”, “Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq”, “Xocalı soyqırımını unutma”, “Maarifləndir, ədalət tələb et və həmrəylik göstər”, “Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik”, “Xocalı üçün ədalət”, “Faciədən xatirəyə - Xocalı yaşayır”, “Günahsızlar üçün xatırla, ədalət üçün danış”, “Bir soyuq gecə - minlərlə itki”, “34 il sonra da Xocalı danışır” kimi şüarlar nümayiş olunub. 

Tarixi faktlara və daha ətraflı məlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhər sakinləri məlumatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
9
qafqazinfo.az

10Mənbələr