AZ

Nyu Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Hər il olduğu kimi, bu il də Azərbaycan RespublikasınınDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-AzərbaycanGənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin NyuYork şəhərində Xocalı soyqırımı haqqında genişmiqyaslıməlumatlandırma aksiyası keçirilib.

Trend xəbərverir ki, aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirənfotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayişolunduğu LED ekranlı avtomobillər Nyu Yorkun mərkəzi küçələrindəhərəkət edib.

Əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binalarıqarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı iləbağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.Avtomobillər Tayms meydanından, BMT-nin Baş Qərargah binasıönündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıqheykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək “Nyu YorkTayms” (“The New York Times”) nəşrinin binasının qarşısındadayanıb.

LED ekranlarda "Xatırla, hörmət et, düşün - Xocalı 1992", "34 ilsonra, biz hər bir ruhu xatırlayırıq", "Xocalı 1992 faciəsi - dünyabunu unutmamalıdır", "Xocalı - onların cəsarəti və ağrısıbizimlədir", "Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq","Xocalı soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et vəhəmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq,birlikdə müdafiə edirik", "Xocalı üçün ədalət", "Faciədən xatirəyə- Xocalı yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış","Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da Xocalı danışır"kimi şüarlar nümayiş olunub. Tarixi faktlara və daha ətraflıməlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhərsakinləri məlumatlandırılıb.

Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Bostonşəhərində də bu cür məlumatlandırma aksiyaları keçirilib.

Nyu
Nyu
Nyu
Nyu
Nyu
Seçilən
1
7
az.trend.az

9Mənbələr