AZ

Çindən İrana inanılmaz dəstək

İran Çindən gəmi əleyhinə səsdən sürətli raketlər almaq üçün müqavilə imzalayır. Metbuat.az xəbər verir ki, müdafiə sistemlərini aşan CM-302 raketləri ABŞ təyyarədaşıyan gəmiləri üçün ciddi təhlükə yaradır. Məlumata görə, yüzlərlə bu raketlərdən sifariş verən Tehran hökuməti onların pulunu xam neft daşımaları ilə ödəyir. Məlumatlara görə, iki ölkə arasında danışıqlar iki il əvvəl başlayıb, lakin ABŞ İran ətrafında hərbi gücünü artırdıqca müqavilənin həyata keçirilməsi danışıqları intensivləşib.

Müzakirə olunan sursatlar, təxminən 290 kilometr mənzilli və gəmi müdafiə sistemlərini aşmaq qabiliyyətinə malik CM-302 raketləridir. Qeyd edək ki, ABŞ İranla danışıqları davam etdirməsinə baxmayaraq regiona hərbi gəmilər və təyyarələr göndərib.

Seçilən
0
20
metbuat.az

10Mənbələr