AZ

“Kayserispor” Djaloviçi Moe ilə əvəzlədi – ARENA.AZ

Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” komandasının baş məşqçisi Radomir Djaloviç istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Djaloviçlə yanaşı, köməkçilərini də komandadan göndərib. Super Liqa təmsilçisi onların hər birinə xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Radomir Djaloviç 2025-ci ilin oktyabr ayından “Kayserispor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 15 oyuna çıxarıb, 3 qələbə, 4 heç-heçə və 8 məğlubiyyət görüb.

Monteneqrodan olan 43 yaşlı mütəxəssis daha öncə “Riyeka” və “Maribor”da da baş məşqçi kimi çalışıb.

Artıq Kayseri təmsilçisinin yeni baş məşqçisi də məlumdur. Bu posta norveçli Erlinq Moe gətirilib. 55 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Erlinq Moe daha öncə Türkiyədə “Beşiktaş”da da çalışıb. O, 2025-ci ildə İstanbul klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moe “Traef”, “Kristiansund” və “Molde”də də baş məşqçilik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
5
arena.az

10Mənbələr