AZ

Tramp 2026-cı il Olimpiya Oyunlarının qızıl medalını boynuna taxdı: "Qaytarmıram" - VİDEO

ABŞ prezidenti Donald Tramp Ağ Evdə ölkəsinin milli xokkey komandasını qəbul edərkən 2026-cı il Olimpiya qızıl medallarından birini sınadı və sonra zarafatla onu sahibinə qaytarmaqdan imtina etdi.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

"İndi onu geri qaytarmıyacam. Onu nəyəsə dəyişərəm", - deyə o, zarafatla bildirib.

Bu hərəkət Amerika liderinin xüsusi köməkçisi və kommunikasiya məsləhətçisi Margot Martin tərəfindən X sosial media platformasında (əvvəllər Twitter) yerləşdirilən videoda əks olunub.

Mükafat Amerika milli komandasının hücumçusu və Milli Hokkey Liqasının (NHL) Florida Panthers komandasının üzvü 28 yaşlı Metyu Tkaçuka məxsus olub.

QAZİLER.AZ

Seçilən
0
1
qaziler.az

2Mənbələr