ABŞ prezidenti Donald Tramp Ağ Evdə ölkəsinin milli xokkey komandasını qəbul edərkən 2026-cı il Olimpiya qızıl medallarından birini sınadı və sonra zarafatla onu sahibinə qaytarmaqdan imtina etdi.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
"İndi onu geri qaytarmıyacam. Onu nəyəsə dəyişərəm", - deyə o, zarafatla bildirib.
Bu hərəkət Amerika liderinin xüsusi köməkçisi və kommunikasiya məsləhətçisi Margot Martin tərəfindən X sosial media platformasında (əvvəllər Twitter) yerləşdirilən videoda əks olunub.
Mükafat Amerika milli komandasının hücumçusu və Milli Hokkey Liqasının (NHL) Florida Panthers komandasının üzvü 28 yaşlı Metyu Tkaçuka məxsus olub.
QAZİLER.AZ