Hazırda Ermənistan fərqli bir mövqe nümayiş etdirir.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Ermənistan artıq öz sərhədləri daxilində və qonşularla sülh şəraitində yaşamaq istədiyini deyir”, - Fuat Oktay bildirib.
O, 34 il əvvəl Xocalıda baş verənlərdən də danışıb.
“Əgər Xocalı soyqırımını unutsaq, bunun təkrarını yaşaya bilərik. Uzun illər boyu Türklərə qarşı qətliam törədənlər “Türklər qətliam edib” deyərək, bütün dünyada səs-küy yaratdılar və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar qəbul edildi. Bu bizim tərəfimizdən qəbul ediləsi məsələ deyil. Təəssüf ki, başda Fransa olmaqla bəzi ölkələr bunu ön plana çıxardılar. Qərb ölkələrinin çoxu bunu edib. Avropada və Amerikadakı erməni diasporu, eləcə də Ermənistanda yaşayan ermənilər üzərindən illərlə davam edən şouları dayandırmaq istəyirik. Biz inkişaf, tərəqqi etmək və qonşularla sülh içində yaşamaq istəyirik. Qonşular da eyni şeyi deyir”, - Fuat Oktay qeyd edib.