AZ

TBMM-in komitə sədri: İllərdir erməni diasporu üzərindən davam edən şouları dayandırmaq istəyirik

Hazırda Ermənistan fərqli bir mövqe nümayiş etdirir. Ermənistan artıq öz sərhədləri daxilində və qonşularla sülh şəraitində yaşamaq istədiyini deyir.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Avropada və Amerikadakı diaspora, eləcə də Ermənistanda yaşayan ermənilər üzərindən illərlə davam edən şouları dayandırmaq istəyirik. Biz inkişaf, tərəqqi etmək və qonşularla sülh içində yaşamaq istəyirik. Qonşular da eyni şeyi deyir”, - Fuat Oktay qeyd edib.

O, 34 il əvvəl Xocalıda baş verənlərdən də danışıb: “Əgər Xocalı soyqırımını unutsaq, bunun təkrarını yaşaya bilərik”.

Seçilən
6
2
apa.az

3Mənbələr