AZ

Dubl etdi, 964 ə çatdı

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kriştiano Ronaldo möhtəşəm karyerasında 1000 qol həddinə çatmaq yolunda addımları davam etdirir. Ulduz futbolçu məlum səbəbdən boykotu dayandırandan sonra məhsuldar çıxışı ilə diqqəti çəkir."Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunun “Əl-Hazem”lə oyununda (4:0) dubl edib. Beləliklə, onun peşəkar karyerasında vurduğu qolların sayı 964-ə çatıb. Portuqaliyalı futbolçu 13-cü dəqiqədə hesabı açıb, 79-cu dəqiqədə isə ikinci qoluna sevinib. Hər iki epizodda ona ötürməni Kinqsli Koman verib.41 yaşlı Kriştiano klub karyerasındakı qollarının sayını 822-yə çatdırıb. O, milli komandanın heyətində 142 dəfə rəqib qapılarına yol tapıb. Maraq üçün onu da bildirək ki, Ronaldo komandasının inamlı qələbəsini ərəb milli geyimində qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
icma.az

2Mənbələr