Kriştiano Ronaldo möhtəşəm karyerasında 1000 qol həddinə çatmaq yolunda addımları davam etdirir. Ulduz futbolçu məlum səbəbdən boykotu dayandırandan sonra məhsuldar çıxışı ilə diqqəti çəkir.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunun “Əl-Hazem”lə oyununda (4:0) dubl edib. Beləliklə, onun peşəkar karyerasında vurduğu qolların sayı 964-ə çatıb. Portuqaliyalı futbolçu 13-cü dəqiqədə hesabı açıb, 79-cu dəqiqədə isə ikinci qoluna sevinib. Hər iki epizodda ona ötürməni Kinqsli Koman verib.
41 yaşlı Kriştiano klub karyerasındakı qollarının sayını 822-yə çatdırıb. O, milli komandanın heyətində 142 dəfə rəqib qapılarına yol tapıb. Maraq üçün onu da bildirək ki, Ronaldo komandasının inamlı qələbəsini ərəb milli geyimində qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta