AZ

DÇ-2026-nın iştirakçısı baş məşqçisiz qaldı

Msport.az xəbər verir ki, Mərakeş millisinin baş məşqçisi Valid Reqraqui vəzifəsindən istefa verib.

Tərəflər hazırda tərəfdaşlığa erkən son qoymaq üçün danışıqlar aparırlar. 50 yaşlı mütəxəssis karyerasını bir neçə klubun onun xidmətlərində maraqlı olduğu Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Mərakeş millisi qarşıdan gələn 2026-cı il dünya çempionatında mübarizə aparacaq. ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundialın qrup mərhələsində mərakeşlilər Braziliya, Haiti və Şotlandiya ilə qarşılaşacaqlar.

Qeyd edək ki, bu həftə tanınmış niderlandlı çalışdırıcı Dik Advokat Kurasao millisindən ayrılıb.

Seçilən
1
2
msport.az

3Mənbələr