AZ

Paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxslər saxlanılıb

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23 yaşlı Simran Mürsəlov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, onlardan ümumilikdə 11 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla R.Gülağazadə və S.Mürsəlovun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildikləri və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
9
xalqqazeti.az

10Mənbələr