Bakı. Trend:
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitəvə psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləritədbirlərlə 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23yaşlı Simran Mürsəlov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regionalqrupundan Trend-əverilən məlumata görə, onlardan ümumilikdə 11 kiloqramdan artıqmarixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla R.Gülağazadə və S.Mürsəlovun şəxsiyyətiaraşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlbedildikləri və maddi qazanc qarşılığında həmin narkotik vasitələriBakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağarazılaşdıqları müəyyən edilib.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb, saxlanılanşəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmaaparılır.