AZ

Azərbaycanda pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması hədəflənir

Azərbaycanda pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması müzakirə olunub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Pambıqçılıq ölkəmiz üçün sənayeləşmə və qeyri-neft ixracının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovla birlikdə iştirak etdiyimiz "Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı" mövzusunda onlayn görüşdə pambıqçılığın inkişafı sahəsində mövcud çağırışları və onların həlli yollarını müzakirə etdik. Pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması, regionlarda məşğulluğun təşviqi məqsədilə pambıq istehsalında dəyər zəncirinin dərinləşdirilməsi, yeni istehsal güclərinin qurulması, yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalına keçid, mövcud infrastrukturun və bu sahədə çalışan şirkətlərin fəaliyyətinin təkmilləşdirilməsi imkanlarını vurğuladıq", - deyə o qeyd edib.

Seçilən
14
7
far.az

10Mənbələr