AZ

Azərbaycanda pambıq istehsalında dəyər zəncirinin dərinləşdirilməsi müzakirə edildi

Bakı. Trend:

Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı, bu sahəsdə mövcudçağırışlar və onların həlli yolları müzakirə edilib

Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov "X" hesabında paylaşım edib.

"Pambıqçılıq ölkəmiz üçün sənayeləşmə və qeyri-neft ixracınınartırılması baxımından strateji əhəmiyyət daşıyan sahədir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Azərbaycanİnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovlabirlikdə iştirak etdiyimiz "Azərbaycanda pambıqçılıq sənayesinininkişafı" mövzusunda onlayn görüşdə pambıqçılığın inkişafısahəsində mövcud çağırışları və onların həlli yollarını müzakirəetdik.

Pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması, regionlardaməşğulluğun təşviqi məqsədilə pambıq istehsalında dəyər zəncirinindərinləşdirilməsi, yeni istehsal güclərinin qurulması, yüksək əlavədəyər yaradan sənaye məhsullarının istehsalına keçid, mövcudinfrastrukturun və bu sahədə çalışan şirkətlərin fəaliyyətinintəkmilləşdirilməsi imkanlarını vurğuladıq", - paylaşımda qeydedilib.

Seçilən
24
4
az.trend.az

10Mənbələr