AZ

Serbiyada prezident və ailəsinə sui qəsd planlaşdıran şəxslər saxlanıldı

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Serbiya hüquq-mühafizə orqanları prezident Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlığında şübhəli bilinən iki nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R. zorakılıq yolu ilə Serbiya Respublikasının konstitusiya quruluşunu dəyişmək və ali dövlət orqanlarını devirmək məqsədilə silah əldə etməkdə, eləcə də prezidentin, onun ailə üzvlərinin və DİN əməkdaşlarının həyatına sui-qəsd planlaşdırmaqda şübhəli bilinirlər.

Məlumata görə, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi Kralyevo şəhərində yerləşən Ali Prokurorluğa təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
5
redaktor.az

10Mənbələr