AZ

Serbiyada Prezident Vuçiçə qarşı sui-qəsd hazırlığında şübhəli bilinənlər saxlanılıb

Serbiyanın Kralyevo şəhərində Prezident Aleksandr Vuçiçə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R. həbs olunub.

Onlar konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd, dövlət orqanlarını devirmək məqsədilə silah əldə etmək, prezidentin və ailə üzvlərinin, həmçinin polis əməkdaşlarının həyatına sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.

Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi Kralyevo Ali Prokurorluğuna göndəriləcək.

Aytac 

Seçilən
4
1
anews.az

10Mənbələr