AZ

Azərbaycan eksponatları Özbəkistan Dövlət Tarix Muzeyinin daimi ekspozisiyasında nümayiş olunacaq




Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın Özbəkistandakı Səfirliyi nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə muzeyin direktoru Cənnət İsmayılova arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüş zamanı tərəflər muzey fəaliyyətinin mövcud vəziyyəti, ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivləri, həmçinin birgə sərgi və elmi-maarifləndirici layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı çərçivəsində həyata keçirilir və bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində daha da möhkəmlənir.

Tərəflər, həmçinin, iki xalqın zəngin tarixi-mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi və muzeylərarası əlaqələrin yeni mərhələyə yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Görüşün yekununda Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın tarixi, mədəniyyəti və dövlətçilik ənənələrinə həsr olunmuş daimi ekspozisiya bölməsinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində yaradılması, ekspozisiyanın mərkəz tərəfindən formalaşdırılması və Azərbaycan eksponatlarının muzeydə daimi əsasda nümayiş etdirilməsi barədə razılıq əldə olunub.

Süleyman
Seçilən
0
2
newscenter.az

3Mənbələr