AZ

Hərbi helikopter qəzaya uğradı, 15 nəfər öldü - Bu ölkədə

Ajans.az xəbər verir ki, bu barədə "The Mirror" Peru Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Rəsmilərin məlumatına görə, helikopter günün ikinci yarısında radarlardan itib, daha sonra onun qalıqları Çala-Vyexo yaşayış məntəqəsi ərazisində aşkar edilib.

Hadisə yerinə gələn xilasedicilər dörd ekipaj üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Helikopter axtarış-xilasetmə işləri aparırdı və regionda daşqınlardan və digər fövqəladə hallardan zərər çəkmiş əhaliyə yardım çatdırırdı.

Seçilən
1
3
Ajans.az

10Mənbələr