AZ

Hərbi helikopter qəzaya uğradı - 15 nəfər öldü

Perunun cənubunda Mi-17 hərbi helikopterinin qəzaya uğraması nəticəsində uşaqlar da daxil olmaqla, azı 15 nəfər həlak olub.


Manset.az xəbər verir ki, bu barədə The Mirror Peru Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Rəsmilərin məlumatına görə, helikopter günün ikinci yarısında radarlardan itib, daha sonra onun qalıqları Çala-Vyexo yaşayış məntəqəsi ərazisində aşkar edilib.

Hadisə yerinə gələn xilasedicilər dörd ekipaj üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Helikopter axtarış-xilasetmə işləri aparırdı və regionda daşqınlardan və digər fövqəladə hallardan zərər çəkmiş əhaliyə yardım çatdırırdı.

Seçilən
1
4
manset.az

10Mənbələr