AZ

Peruda helikopter qəzasında 15 nəfər öldü

Perunun cənubunda "Mi-17" hərbi helikopterinin qəzaya uğraması nəticəsində azı 15 nəfər həyatını itirib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, ötən gün radarlardan itən "Mi-17" helikopteri xüsusi təyinatlı qüvvələr və milli polis tərəfindən Çala-Vyexo yaşayış məntəqəsi ərazisində aşkarlanıb.

Hadisə yerinə çatan xilasedicilər dörd ekipaj üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlər arasında uşaqlar da var.

Helikopter Arekipa bölgəsində daşqınlar nəticəsində zərərçəkənlərə yardım göstərmək və axtarış-xilasetmə tapşırıqlarını yerinə yetirmək üçün uçuş həyata keçirirdi.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Seçilən
1
5
unikal.az

10Mənbələr