AZ

Peruda helikopter qəzaya uğrayıb 15 nəfər ölüb

Perunun cənubunda Mi-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub.

News365.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan Çala-Vyexo yaşayış məntəqəsi ərazisində, Karaveli əyalətində, Arekipa rayonunda tapılıb.

Hadisə yerinə gələn xilasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlərin arasında uşaqlar da var.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.

Seçilən
1
8
news365.az

10Mənbələr