AZ

Peruda hərbi helikopter qəzaya uğradı - 15 nəfər həlak oldu

BAKI, 23 fevral. TELEQRAF

Peruda Mi-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qəzaya uğrayan Çala-Vyexo yaşayış məntəqəsi ərazisində, Karaveli əyalətində, Arekipa rayonunda tapılıb.

Xilasedicilər 4 ekipaj üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlərin arasında uşaqlar da var.

Qəzanın səbəbi araşdırılır.

Seçilən
9
8
teleqraf.com

10Mənbələr