Bakı Dövlət Universitetində (BDU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi, həmçinin FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq və gələcək birgə fəaliyyət imkanları geniş şəkildə nəzərdən keçirilib.