“Mançester Yunayted” yayda komandadan ayrılması gözlənilən Kazemironun əvəzini axtarır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisinin əsas hədəfi “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqadır. Madrid klubu danışıqlara açıqdır, lakin 23 yaşlı futbolçu üçün təxminən 75 milyon avro tələb olunur.
Kamavinqanın müqaviləsi 2029-cu ilə qədərdir. O, bu mövsüm 29 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.