EN

“Mançester Yunayted” “Real”dan futbolçu transfer edir

“Mançester Yunayted” yayda komandadan ayrılması gözlənilən Kazemironun əvəzini axtarır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisinin əsas hədəfi “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqadır.  Madrid klubu danışıqlara açıqdır, lakin 23 yaşlı futbolçu üçün təxminən 75 milyon avro tələb olunur.

Kamavinqanın müqaviləsi 2029-cu ilə qədərdir. O, bu mövsüm 29 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Chosen
17
idmanxeber.az

1Sources