Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında dərc olunub.
"Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar 2027-ci ilin fevralın 24-nə qədər uzadılıb", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, ittifaq tərəfindən Rusiyaya tətbiq edilən bütün sanksiyaların qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib.
Qərar dərc olunduğu günün sabahı, yəni 2026-cı ilin fevralın 24-dən etibarən qüvvəyə minəcək.