AZ

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında dərc olunub.

"Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar 2027-ci ilin fevralın 24-nə qədər uzadılıb", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, ittifaq tərəfindən Rusiyaya tətbiq edilən bütün sanksiyaların qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib.

Qərar dərc olunduğu günün sabahı, yəni 2026-cı ilin fevralın 24-dən etibarən qüvvəyə minəcək.

Seçilən
11
7
unikal.az

10Mənbələr