ABŞ-da fəaliyyət göstərən it baxıcısı Raqo sosial şəbəkələrdə maraqlı xidməti ilə gündəmə gəlib.
Publika.az "New York Post"a istinadən xəbər verir ki, Raqo əməliyyatsız üsulla itlərə “Braziliya ombası” effekti verir.
Onun sözlərinə görə, burada heç bir cərrahi müdaxilə edilmir. “Mən əməliyyat etmirəm, sadəcə itlərin tüklərini xüsusi formada kəsərək onların üzərində Braziliya ombası görüntüsü yaradıram”, - deyə o bildirib.
Qiymətlərə gəlincə, kiçik itlər üçün xidmət haqqı 225 dollar təşkil edir. Daha iri cinslərdə isə qiymət əlavə olaraq 15-20 dollar artır.