AZ

Bu kənd 150 minə SATILIR - FOTOlar

İspaniyada uzun illərdir yaşayış olmayan kiçik bir kənd yenidən satışa çıxarılıb və qiyməti xeyli aşağı salınıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə 200 min avroya təklif olunan yaşayış məntəqəsinin dəyəri 50 min avro endirilərək 150 min avroya düşüb.

Söhbət Kandelaqo kəndindən gedir. Bu ərazi ölkənin məşhur Kosta-da-Morte sahilində yerləşir və buradan dənizə açılan möhtəşəm mənzərələr müşahidə olunur. Qiymətin endirilməsi potensial alıcıların diqqətini daha da artırıb.

Məlumata görə, kənddə təxminən on ənənəvi daş ev, eləcə də Qalisiyaya xas "horreos" adlanan taxıl anbarları və qədim cığırlar mövcuddur. Yaşayış məntəqəsi ötən əsrin 70-ci illərindən etibarən əhalinin azalması səbəbindən tədricən boşalıb və nəticədə tamamilə tərk edilib.

Kəndin yaxınlığında isə balıqçılıq mərkəzi kimi tanınan Korme yerləşir. Burada həmçinin tarixi Punta Roncudo Lighthouse və Kosta-da-Morte Müasir İncəsənət Muzeyi fəaliyyət göstərir.

Hazırda Kandelaqo böyük potensiala malik ərazi kimi qiymətləndirilir. Bildirilir ki, kənd həm şəxsi yaşayış üçün, həm də turizm layihəsi kimi yenidən qurulmaq baxımından əlverişli imkanlara sahibdir.

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
2
milli.az

3Mənbələr