Türkiyədə və dünyada ət restoranları ilə tanınan Nüsrət Gokçə xeyriyyəçilik fəaliyyətini müqəddəs Ramazan ayında da davam etdirir. Metbuat.az xəbər verir ki, məşhur iş adamı anadan olduğu Ərzurum vilayətinin Şənqaya rayonunda hər gün 1000 nəfər üçün iftar süfrəsi açır. Nüsrətin qonaqları arasında öz həmkəndliləri ilə yanaşı, rayon mərkəzindən və qonşu kəndlərdən gələn insanlar da yer alır. Hər gün mindən artıq insan iftar yeməyindən sonra çay içir, söhbət edir, həzin musiqi dinləyir, xoş və mənalı vaxt keçirir. Nüsrət Gökçə həmyerlilərinə müraciətində "mən Ərzurumda doğulmuşam. Heç vaxt öz soy-kökumü unutmadım. Canı canımdan, qanı qanımdan olan insanlar üçün iftar süfrəsi açmaq məni hədsiz xoşbəxt edir. Hər birinizi gözləyirəm", - deyib.