AZ

İftar süfrəsi üçün ləzzətli və zəngin menyu TƏKLİFLƏRİ

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ramazan ayında iftar süfrəsi həm ailəni bir araya gətirən, həm də mənəvi dəyəri olan xüsusi məqamdır.

Milli.Az xəbər verir ki, günboyu orucdan sonra həm yüngül, həm də doyumlu menyu seçmək vacibdir. Bəs iftar süfrəsinə nələr hazırlamaq olar?

İftara başlamaq üçün

Xurma və su - ənənəvi və sağlam seçim

Mərci və ya toyuq şorbası - mədəni yormayan, yüngül başlanğıc

Ayran və ya təbii şirə

Salatlar

Çoban salatı

Mimoza və ya paytaxt salatı

Göyərti boşqabı (reyhan, keşniş, şüyüd, turp)

Əsas yeməklər

Plov (şüyüdlü, səbzəli və ya qovurmalı)

Dolma (yarpaq və ya bibər dolması)

Sobada toyuq və ya ət yeməkləri

Qutab və ya kökə

Süfrə üçün əlavələr

Təzə təndir çörəyi və ya lavaş

Turşular

Qatıq

Şirniyyat və desert

Paxlava və ya şəkərbura

Südlaç

Meyvə assortisi

Mütəxəssislər iftar zamanı həddindən artıq ağır və yağlı yeməklərdən uzaq durmağı tövsiyə edir. Yeməyə şorba ilə başlayıb, əsas yeməyə tədricən keçmək daha faydalıdır.

Qeyd edək ki, düzgün seçilmiş menyu həm sağlamlıq baxımından faydalı, həm də süfrəyə bərəkət qatacaq.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
news.milli.az

10Mənbələr