AZ

Macarıstan Avropa İttifaqının sanksiyalarını bloklaya bilər

Macarıstan Hökuməti enerji məsələləri ilə bağlı yeni açıqlama yayıb.

"Unikal" xəbər verir ki,  Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkəsi Rusiyaya qarşı Avropa İttifaqının növbəti sanksiyalar paketini bloklaya bilər. Bunun səbəbi Ukrayna ərazisindən keçən “Drujba” neft kəməri ilə Macarıstana neft nəqlinin dayandırılmasıdır.

Nazirin sözlərinə görə, Ukrayna Macarıstana neft tranzitini bərpa etməyənə qədər Budapeşt Kiyevin maraqları üçün vacib qərarların qəbulunu dəstəkləməyəcək. Bu mövqe ölkənin Enerji Təhlükəsizliyi Şurasının iclasından sonra açıqlanıb. Məlumata görə, Rusiya neftinin Macarıstana və Slovakiyaya tədarükü yanvarın sonunda dayandırılıb və bu, regionda enerji təhlükəsizliyi ilə bağlı gərginliyi artırıb.

Macarıstan Hökuməti hesab edir ki, tranzitin bərpası ölkənin enerji təminatı üçün vacibdir. Məsələ Avropa İttifaqında da müzakirə olunur və yaxın günlərdə diplomatik danışıqların davam edəcəyi gözlənilir.

Seçilən
2
6
unikal.az

10Mənbələr