Bakı. Trend:
21 və 22 fevral tarixlərində Milli Gimnastika Arenasında batutgimnastikası və tamblinq üzrə Dünya kuboku uğurla keçirilib. İkigün davam edən mötəbər yarışda 6 ölkədən ümumilikdə 66 gimnastiştirak edib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, batutgimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron(qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda qüvvələrinisınayıblar. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündəisə final çıxışları baş tutub. Final günündə arenada coşqu daha daartıb, xüsusilə Azərbaycan gimnastlarının çıxışları tamaşaçılartərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, HüseynAbbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, ŞəfiqəHümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isəMixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsilediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikasıüzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıqsinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü,sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova,sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasovcütlüyü final mərhələsinə vəsiqə qazanıb.
Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də uğurlu çıxışlarıilə finala yüksəliblər.
Final mərhələsinin nəticələrinə əsasən, ölkəmiz Dünya kubokunuümumilikdə 6 medalla başa vurub. Batut gimnastikası üzrə fərdiproqramda Selcan Mahsudova gümüş medal qazanıb. Qarışıq sinxronproqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl medalınsahibi olub. Qadınların sinxron proqramında Selcan Mahsudova –Şəfiqə Hümbətova cütlüyü bürünc medal əldə edib. Kişilərin sinxronproqramında isə Hüseyn Abbasov – Maqsud Mahsudov cütlüyü bürüncmedala layiq görülüb.
Tamblinq yarışlarında kürsünün ilk iki pilləsində Azərbaycangimnastları yer alıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüşmedal qazanaraq tamaşaçıları sevindiriblər. Onların çıxışlarızamanı arenada alqış sədaları səngiməyib.
Həmçinin təsnifat mərhələsində ən yüksək icra xalı toplayanidmançılara AGF Trophy kuboku təqdim edilib. Tamblinq üzrəgimnastımız Mixail Malkin kişilər arasında AGF Trophy kubokununqalibi olub.
Qeyd edək ki, yarış günləri ərzində arenaya toplaşan gimnastikahəvəskarları idmançılarla görüşmək və xatirə şəkilləri çəkdirməkimkanı da əldə ediblər.