İranın ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla nüvə materiallarını çıxarmaq planı yoxdur.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat verib.
"ABŞ ilə danışıqlarda nüvə materiallarının ölkədən çıxarılmayacağını vurğuladıq. Rusiya tərəfi də məsələdən xəbərdardır", - agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, "The Wall Street Journal"ın məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran tərəfi Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını həll etmək üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü ölkəyə göndərməyi təklif edib.