AZ

KİV: İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını istisna edir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İranın ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla nüvə materiallarını çıxarmaq planı yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat verib.

"ABŞ ilə danışıqlarda nüvə materiallarının ölkədən çıxarılmayacağını vurğuladıq. Rusiya tərəfi də məsələdən xəbərdardır", - agentliyin mənbəsi bildirib.

Xatırladaq ki, "The Wall Street Journal"ın məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran tərəfi Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını həll etmək üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü ölkəyə göndərməyi təklif edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
oxu.az

4Mənbələr