ABŞ Prezidenti Donald Tramp Portuqaliya milli komandasının lideri Kriştianu Ronalduya videomüraciət edib və onu "ən böyük" adlandırıb, həmçinin mümkün qədər tez ABŞ-yə gəlməsinə çağırış edib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tramp özünün "TikTok" səhifəsində paylaşım edib.
"Sən bizə ABŞ-də lazımsan", - deyə ABŞ prezidenti qeyd edib.
O, futbolçunun Ağ Evdə süni intellekt tərəfindən yaradılan videosunu da paylaşıma əlavə edib.
Qeyd edək ki, Ronaldu noyabrın 19-da Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun ölkəyə səfəri şərəfinə Donald Tramp tərəfindən təşkil edilən dəbdəbəli şam yeməyində iştirak etmişdi.
Futbolçu hazırda Səudiyyə Ərəbistanında "Ən-Nəsr"də oynayır.
"Cebheinfo.az"