AZ

Trampdan Ronaldoya müraciət: "Sən ABŞ-yə lazımsan" -VİDEO

ABŞ Prezidenti Donald Tramp portuqaliyalı futbolçu Kriştiano Ronaldoya videomüraciət edib və onu "ən böyük" adlandırıb, həmçinin mümkün qədər tez ABŞ-yə gəlməsinə çağırış edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Tramp özünün "TikTok" səhifəsində paylaşım edib.

"Sən bizə ABŞ-də lazımsan", - deyə ABŞ prezidenti qeyd edib.

O, futbolçunun Ağ Evdə süni intellekt tərəfindən yaradılan videosunu da paylaşıma əlavə edib.

Qeyd edək ki, Ronaldo noyabrın 19-da Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun ölkəyə səfəri şərəfinə Donald Tramp tərəfindən təşkil edilən dəbdəbəli şam yeməyində iştirak etmişdi.

Futbolçu hazırda Səudiyyə Ərəbistanında "Ən-Nəsr"də oynayır.

Seçilən
0
3
redaktor.az

4Mənbələr