AZ

Qarabağ ın gənc ulduzundan möhtəşəm qol VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirinin B qrupu çərçivəsində Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası  Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, yığmamızın 1:0 hesablı qələbə qazandığı oyunda yeganə qolu 42-ci dəqiqədə Əli Bəşirov vurub. Uzaq məsafədən qapıya göndərilən qol baxımlı olub.

Qeyd edək ki, 15 yaşlı hücumçu Ağdamın "Qarabağ" klubunun akademiyasının yetirməsidir. Əli Bəşirov daha əvvəl komandanın Antalyada keçirilən təlim-məşq toplanışı zamanı əsas komandaya da cəlb olunmuşdu. (Offsideplus.az)

Qolun videosunu təqdim edirik:

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
news.milli.az

4Mənbələr