Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirinin B qrupu çərçivəsində Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Milli.Az xəbər verir ki, yığmamızın 1:0 hesablı qələbə qazandığı oyunda yeganə qolu 42-ci dəqiqədə Əli Bəşirov vurub. Uzaq məsafədən qapıya göndərilən qol baxımlı olub.
Qeyd edək ki, 15 yaşlı hücumçu Ağdamın "Qarabağ" klubunun akademiyasının yetirməsidir. Əli Bəşirov daha əvvəl komandanın Antalyada keçirilən təlim-məşq toplanışı zamanı əsas komandaya da cəlb olunmuşdu. (Offsideplus.az)
Qolun videosunu təqdim edirik:
Milli.Az