Gəncədə "KIA" və "Mitsubishi" markalı avtomobillər toqquşub.
Azreform.info "Teleqraf"a istinadla xəbər verir ki, hadisə Gəncə-Göygöl-Kəlbəcər yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı beş nəfər - 1987-ci il təvəllüdlü Sərxan Hüseynov, 1960-cı il təvəllüdlü Rəna Abdilova, 1986-cı il təvəllüdlü Mehriban İsgəndərova, 1971-ci il təvəllüdlü Vəlisə Orucova və 2001-ci il təvəllüdlü Elmuraz Zeynalov xəsarət alıb.
Xəsarət alanlar Gəncə şəhərində xəstəxanaların birinə yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır.