AZ

Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı

Gəncədə "KIA" və "Mitsubishi" markalı avtomobillər toqquşub.

"Ölkə.az" "Teleqraf"a istinadla xəbər verir ki, hadisə Gəncə-Göygöl-Kəlbəcər yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı beş nəfər - 1987-ci il təvəllüdlü Sərxan Hüseynov, 1960-cı il təvəllüdlü Rəna Abdilova, 1986-cı il təvəllüdlü Mehriban İsgəndərova, 1971-ci il təvəllüdlü Vəlisə Orucova və 2001-ci il təvəllüdlü Elmuraz Zeynalov xəsarət alıb.

Xəsarət alanlar Gəncə şəhərində xəstəxanaların birinə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
12
2
olke.az

3Mənbələr