Bakı. Trend:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdindəfəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycandili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
Trend xəbərverir ki, təlimin yeddinci günündə ustad dərslərini Xalq artistiRoza Tağıyeva, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli,filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevakeçiblər.
Bu dəfə təlim “Nitqin gözəlliyi, orfoqrafiya qaydaları vəifadə-üslub xətaları” mövzusuna həsr olunub.
Təlim çərçivəsində Xalq artisti Roza Tağıyeva “Nitqin gözəlliyi”mövzusunda danışıb. O, efirdə düzgün danışığın vacibliyinivurğulayıb və iştirakçılara son dönəmlərdə “söylədim ki, söyləyim”ifadələrindən çox istifadə edildiyini və bunun yerinə “dedim”sözündən daha çox istifadə etmək lazım olduğunu bildirib.
Roza Tağıyeva, həmçinin xarici adların və rus sözlərinin düzgüntələffüz edilməsinin, “dan-dən” şəkilçilərindəki səslərə diqqətgöstərilməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, efirdəloru danışıq yolverilməzdir, amma təbiilik və məntiqi vurğuqorunmalıdır.
Xalq artisti təcrübəsindən danışaraq onu da qeyd edib ki,əvvəllər yalnız hazır mətnlər gəlirdi və aparıcılar başqa heç nədeyə bilmirdilər. Bayramlarda və şənliklərdə isə əlavə söz deməyəicazə verilirdi.
O, təlimdə əvvəllər televiziyaya marağın böyük olduğunu, indiisə insanların əksəriyyətinin sosial şəbəkələrdə vaxt keçirdiyinidə diqqətə çatdırıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva çıxışındamedia orqanlarında orfoqrafiya qaydalarına riayət olunmasınınvacibliyini, redaktə və korrektə prosesinin zəifləməsinin ciddiproblemlər yaratdığını qeyd edib.
Şəhla Quliyeva mediaya xas əsas orfoqrafik səhvlərdən də bəhsedib. O, çıxışında alınma sözlərin və mürəkkəb sözlərin yanlışyazılışı, böyük və kiçik hərflərin düzgün işlədilməməsi, durğuişarələrinin səhv tətbiqi, xüsusilə mürəkkəb cümlələrdə nöqtə vəvergülün buraxılmasını da vurğulayıb.
Təlimdə çıxış edən ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynliqrammatik qaydaların pozulması, dilə xarici təsirlər və yadsözlərin artması kimi problemlərdən danışıb. O qeyd edib ki, sosialşəbəkələrdən sonra dilə ən çox təsir göstərən sahələrdən biriseriallardır. Xüsusilə Türkiyə türkcəsinin təsiri məsələsibirmənalı qarşılanmır və bu mövzuda aparılan müzakirələr bəzənyanlış anlaşılır.
Bildirilib ki, bəzi sözlər tarixi zərurət nəticəsində dilə daxilolub və artıq işlək formaya çevrilib. Məsələn, “ruçka” sözügündəlik danışıqda geniş istifadə olunsa da, yazıda “qələm”variantına üstünlük verilir.
Təlim zamanı təhsil sistemində test imtahanlarının üstünlüktəşkil etməsinin düşüncə və ifadə bacarıqlarına təsiri məsələsinədə toxunulub. Qeyd olunub ki, biliklərin praktik tətbiqizəiflədikdə nitq mədəniyyəti də zərər görür.
Seyfəddin Hüseynli orfoepiya lüğətinin olmaması və orfoqrafiyalüğətindəki problemlərdən də danışdı. Bundan əlavə, mediada üslubqarışıqlığının, ifadə və terminoloji qeyri-dəqiqliklərin də dilproblemləri sırasında olmasını vurğulayıb.
Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi mediamühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi normaçərçivəsində istifadəsinin təşviq edilməsidir.