AZ

Macarıstan Ukrayna üçün ayrılmış 90 milyard avro krediti bloklayıb

Macarıstan Avropa Birliyinin Ukraynaya ölkənin maliyyə vəziyyətini sabitləşdirmək üçün nəzərdə tutulmuş 90 milyard avroluq kreditini bloklayıb.

Azpost.info bildirir ki, bu barədə The Financial Times (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Mənbələrə görə, Macarıstan səfiri Aİ-nin tələb olunan məbləği Kiyevə ödəməsinin qarşısını alıb.

Kredit barədə Aİ liderləri ötən ilin dekabr ayında razılığa gəliblər. Macarıstan, Slovakiya və Çexiya Ukraynaya yalnız ödəniş və faiz ödənişlərinə görə məsuliyyət daşımamaq şərti ilə kömək etməyə razılaşıblar.

Nəşr qeyd edir ki, Macarıstanın vetosu həmçinin Aİ kreditindən asılı olan BVF-nin 8 milyard avroluq proqramını da təhdid edir. FT-yə görə, Budapeştin mövqeyi ölkənin aprel seçkiləri ilə bağlıdır: Baş nazir Viktor Orban Ukrayna əleyhinə ritorikasını gücləndirib.

“Kredit olmadan Ukrayna ikinci rübdə maliyyə çöküşü ilə üzləşə bilər”, – deyə FT xəbərdarlıq edir.

Daha əvvəl Macarıstan və Slovakiya Kiyevin Drujba boru kəməri vasitəsilə Rusiya enerjisini tədarük etməkdən imtina etməsi səbəbindən Ukraynaya dizel yanacağı tədarükünü dayandırmışdılar. Ukrayna boru kəmərinin Rusiyanın zərbələri nəticəsində zədələndiyini iddia edir, lakin Macarıstan və Slovakiya hakimiyyəti Kiyevi aldatmaqda şübhəli bilir.

AzPost.az

Seçilən
31
50
azpost.info

10Mənbələr