AZ

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları keçirildi (FOTO)

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilkpartiyaları oynanılıb.

Trend xəbər verirki, kişilərin final görüşündə ilk qarşılaşma heç-heçə iləyekunlaşıb.

Belə ki, Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə sülhərazılaşıb.

Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda AyanAllahverdiyevanı məğlub edərək üstünlük qazanıb.

Üçüncü yer uğrunda keçirilən görüşlərdə Read Səmədov AydınSüleymanlıya uduzub. Türkan Məmmədyarova ilə Gülnar Məmmədovaarasında baş tutan partiya isə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşləri sabah keçiriləcək.

Şahmat
Şahmat
Seçilən
32
11
az.trend.az

10Mənbələr