ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.
QOL.az xəbər verir ki, kişilərin yarışında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Qadınlarda isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.
Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.
Qeyd edək ki, cavab görüşləri sabah keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.