Bakı. Trend:
Azərbaycan Milli QHT Forumu İsveçrə KonfederasiyasınınAzərbaycan Respublikasındakı səfiri Tomas Ştəliyə (Thomas Stähli)açıq məktub ünvanlayıb.
Trend məktubutəqdim edir: “Biz Azərbaycan vətəndaş cəmiyyəti təsisatları olaraq,İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycannarrativinin formalaşdırılması cəhdlərini müşahidə edirik. İsveçrəparlamentinin hansısa “Sülh Forumu” adı altında ortaya atdığı bunarrativlər Ermənistanda revanşizmin alovlandırılmasına,Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağaxidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftirakampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə,separatizmin yenidən təbliğinə yönəlib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçıfəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika vəterminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi halalmaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağməsələsini “bağlanmış” hesab etmədiyini tez-tez dilə gətirmələri,Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin“ofisləri”ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədəyerləşən “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatı isə Qarabağməsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycanaböhtan atır.
Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belətəşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmətbəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə,qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsətərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndəobyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikilistandartların bariz nümunəsinə çevrilir. XXI əsrdə Avropanınmərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasındanyanaşılması qəbuledilməzdir. Xüsusilə regiondan kənar dairələrinməsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir.Biz bu cür yersiz müdaxilələri bir daha qətiyyətlə pisləyir, onlarıAzərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbəhesab edirik.
İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 4 min nəfərəyaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə,ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atmış, ocümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açmışdı. BQXK özününhumanitar təşkilat olduğunu iddia etsə də, əslində, qəbuledilməzsiyasi fəaliyyətlə məşğul olmuşdur. BQXK-nın mandatına zidd olan butəlimatların mənbəyi haradır?
Biz BQXK-nın Azərbaycanın etibarından sui-istifadə edərəkemblemi altında olan yük və təcili tibbi yardım avtomobilləri iləqaçaqmalçılıqla məşğul olmasını, bu xüsusda həmin nəqliyyatvasitələrində aşkarlanan benzin, siqaret, mobil telefon qutularınıda unutmamışıq. “Humanitar yardım” adı altında Azərbaycanın suverenərazilərində qanunsuz ticarət dövriyyəsinin aparılmasına,fırıldaqçılığa niyə göz yumulub?
İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynov adlı biriniaylarla inzibati binasında gizlətməklə, İsveçrə Xarici İşlərNazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə qadınpaltarında ölkədən qaçırmaqla hansı məqsəd güdüb? Emin Hüseynovunbu gün Azərbaycan dövlətinə qarşı çirkin iftira kampaniyasındaİsveçrə dövlətinin rolu nədir?
Bizim suallarımız çoxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar biz- Azərbaycan Milli QHT Forumunun təmsilçiləri 100-lərlə AzərbaycanQHT-sini birləşdirən çətir təşkilat olaraq, Sizinlə görüşməyəhazırıq”.