AZ

Paris məhkəməsi Qənimət Zahidi suçlu saydı: Çingiz Qənizadəyə təzminat ödəyəcək

"Demokratiya və İnsan Hüquqları" Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Çingiz Qənizadənin Fransada yaşayan jurnalist Qənimət Zayıdova qarşı 2019-cu ilin noyabrın 6-da Parisdə etdiyi şikayət əsasında Paris Cinayət Məhkəməsi hökm çıxarıb.

AzNews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ç.Qənizadə keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, Q.Zayıdov 8 avqust 2019-cu il tarixində Yutub platformasında yayımlanan "Azərbaycan Saatı" televiziya kanalında ona qarşı "Millət vəkili Çingiz Qənizadə - Qatillər haqqında söhbətlər - Rusiyadan tabutda gələn şəxs" adlı video yayımlayaraq, müəllif kimi ictimai böhtan cinayəti törədib.

Çingiz Qənizadə qeyd edib ki, ona qarşı açıq böhtan ittihamları 18 avqust 2019-cu il, 25 avqust 2019-cu il və 1 sentyabr 2019-cu il tarixlərində "Azerbaijan Time" adlı Yutub kanalında dərc olunmuş bəyanatlar əsasında irəli sürülüb:

"Həmin dövrdə Azərbaycan Milli Məclisinin üzvü və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin alternativ üzvü idim. Bu vəzifədə ildə bir neçə dəfə Strasburqda keçirilən görüşlərdə iştirak etmişəm. O kanalda yayımlanan üç videoda mən azərbaycanlı iş adamı Ruslan Hüseynovun qətlində iştirakda ittiham edilmişəm".

Çingiz Qənizadə bildirib ki, bu iddialara görə Q.Zayıdovu Fransada məhkəməyə vermək qərarına gəlib.

Seçilən
13
5
aznews.az

10Mənbələr