AZ

Paris məhkəməsi Qənimət Zayıdovla bağlı hökm çıxardı

"Demokratiya və İnsan Hüquqları" Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Çingiz Qənizadənin Fransada yaşayan jurnalist Qənimət Zayıdova qarşı 2019-cu ilin noyabrın 6-da Parisdə etdiyi şikayət əsasında Paris Cinayət Məhkəməsi hökm çıxarıb.
BUTA.TVTeleqraf-a istinadən xəbər verir ki, bu barədə Ç.Qənizadə keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, Q.Zayıdov 8 avqust 2019-cu il tarixində Yutub platformasında yayımlanan "Azərbaycan Saatı" televiziya kanalında ona qarşı "Millət vəkili Çingiz Qənizadə - Qatillər haqqında söhbətlər - Rusiyadan tabutda gələn şəxs" adlı video yayımlayaraq müəllif kimi ictimai böhtan cinayəti törədib: "Qənimət Zayıdov 18 avqust, 25 avqust, 1 sentyabr 2019-cu il tarixlərində rəhbəri olduğu "Azərbaycan Saatı" televiziya kanalında video yayımlayaraq şərəf və ya nüfuzuma xələl gətirən iddiallar və ittihamlar səsləndirib. Fransanın bir sıra qanunlarında nəzərdə tutulan cinayət əməlləri törədib". Hüquq müdafiəçisinin sözlərinə görə, 5 sentyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında Qənimət Zayıdovun ifadəsindən əvvəl sədrlik edən hakim onun fransız dilini kifayət qədər bilmədiyini qeyd edib: "Azərbaycanlı tərcüməçi Haideh Bornak təyin etdi. Daha sonra tərcüməçi lazım olduqda öz xidmətlərini göstərdi. İş elan edildikdə, sədrlik edən hakim cavabdehin iştirakını və şəxsiyyətini qeyd etdi, ona vəkili kömək etdi". Çingiz Qənizadə qeyd edib ki, ona qarşı açıq böhtan ittihamları 18 avqust 2019-cu il, 25 avqust 2019-cu il və 1 sentyabr 2019-cu il tarixlərində "Azerbaijan Time" adlı Yutub kanalında dərc olunmuş bəyanatlar əsasında irəli sürülüb: "Həmin dövrdə Azərbaycan Milli Məclisinin üzvü və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin alternativ üzvü idim. Bu vəzifədə ildə bir neçə dəfə Strasburqda keçirilən görüşlərdə iştirak etmişəm. O kanalda yayımlanan üç videoda məni azərbaycanlı iş adamı Ruslan Hüseynovun qətlində iştirak etdiyimi iddia edib. Qənimət Zayıdov 14 dekabr 2022-ci ildə dövlət məmuruna, dövlət səlahiyyətlərinə malik şəxsə və ya dövlət xidməti göstərən vətəndaşa qarşı ictimaiyyətə nitq, yazı, şəkil və ya elektron rabitə vasitəsilə ictimai böhtan atmaqda iştirakda da ittiham olunub. Bu cinayətlər 29 iyul 1881-ci il tarixli Mətbuat Azadlığı Qanununun 23, 29, 31 və 42-ci maddələri və 29 iyul 1982-ci il tarixli Qanunun 93-3-cü maddəsi ilə müəyyən edilir və cəzalandırılır". Çingiz Qənizadə bildirib ki, bu iddialara görə onu Fransada məhkəməyə vermək qərarına gəlib: "Mənim niyyətim xaricdə yaşayan blogerlərin danışdıqlarının tamamilə cəfəngiyyat olduğunu xalqıma sübut etmək və öz adımı təmizə çıxarmaq olub. Çünki bu yalan iddialar seçkilər zamanı mənim əleyhimə də istifadə olunub". O vurğulayıb ki, Qənimət Zayidov məhkəmə proseslərdə iştirak etmək istəməyib: “Qənimət Zayıdov əvvəl proseslərə gəlmirdi. Onun barəsində məcburi gətirilmə qərarı çıxarıldı. Məhkəməyə gələndə özü ilə yalançı şahid də gətirmişdi, amma həmin şahid zaldan çıxarıldı. Bununla kifayətlənməyən Qənimət susmaq hüququndan istifadə etdi, prosesi siyasi adlandırdı. O, özü ilə “Sərhədsiz Reрortyorlar” təşkilatından Janne Keyveni də gətirmişdi”. Ç.Qənizadənin sözlərinə görə, nəticədə Paris Cinayət Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərarı ilə Qənimət Zayıdov cinayət törətmiş şəxs hesab edilib, 500 avro məbləğində cərimə olunub:

"Həmçinin mənə onun tərəfindən ödənilməklə 300 avro təzminat cəza təyin edilib. Belə cəzanın təyin olunmasının səbəbi onun iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olması olub. Azərbaycan tarixində ilk dəfədir ki, başqa dövlətə sığınaraq digər dövlətə şər və böhtan atan şəxs sığındığı ölkədə məhkəmədə uduzdu”.

Seçilən
30
7
buta.tv

10Mənbələr